2006-CI İL JURNALİSTLƏR ÜÇÜN ƏN TƏHLÜKƏLİ İLLƏRDƏN BİRİ OLMUŞDUR

- Dünya - azertag.az ~ 10 год назад. Просмотрено 96 раз.
AzərTAc xəbər verir ki, dünyada söz azadlığına əməl edilməsini izləyən iki ən iri hüquq müdafiə təşkilatı keçən ilin yekunları barədə öz məruzələrində belə qənaətə gəlmişdir ki, 2006-cı il jurnalistlər üçün ən təhlükəli illərdən biri olmuşdur.
“Sərhədlərsiz reportyorlar” təşkilatının məlumatına görə, 2005-cı ildə 61 ölkədə 81 jurnalist öldürülmüşdür. Ən çox tələfat yalnız 1994-cü ildə olmuşdur. O vaxt 103 jurnalistin həyatına son qoyulmuşdur.
Lakin Beynəlxalq Jurnalistlər Federasiyasının məlumatına görə, 2006-cı ildə son bir neçə onillikdəkindən daha çox – azı 155 jurnalist həlak olmuşdur.
Frans Press Agentliyi həlak olan jurnalistlərin sayında belə böyük fərqi onunla əlaqələndirir ki, “Sərhədlərsiz reportyorlar” təşkilatı öz məruzəsini hazırlayarkən jurnalistlər arasında tələfatın yalnız elə hallarını nəzərə alır ki, bunlar qələm sahiblərinin öz peşə borclarını yerinə yetirməsi ilə bilavasitə bağlıdır.
Beynəlxalq Jurnalistlər Federasiyası isə ölüm halları hələlik açıqlanmamış KİV əməkdaşlarını da nəzərə alır.
Hər iki hüquq müdafiə təşkilatının yekdil rəyincə, 2006-cı ildə KİV əməkdaşları üçün ən təhlükəli ölkə yenə də İraq olmuşdur. Bu ölkədə 2006-cı ilin dekabrınadək 68 jurnalist öldürülmüşdür. Ümumiyyətlə, 2003-cü ilin aprelindən İraqda 170 jurnalist həlak olmuşdur.
Jurnalistlər Latın Amerikası ölkələrində də həyatları üçün böyük təhlükə ilə qarşılaşırlar. Məsələn, Beynəlxalq Jurnalistlər Federasiyasının məlumatına görə, 2006-cı ildə bu regionda, əsasən, Kolumbiya, Venesuela və Meksikada 37 KİV əməkdaşı öldürülmüşdür. Keçən il Asiya ölkələrində 34 KİV əməkdaşının həyatına son qoyulmuşdur. 2006-cı ildə Asiyada jurnalistlər üçün ən təhlükəli ölkələr Filippin və Şri-Lanka olmuşdur.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763965/2006-CI+IL+JURNALISTLER+UCUN+EN+TEHLUKELI+ILLERDEN+BIRI+OLMUShDUR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.101 san. generasiya edilib.