MÜSƏLMAN AVROPA KOMİSSİYASINDA İRLANDİYANIN NÜMAYƏNDƏSİ TƏYİN EDİLMİŞDİR

- Dünya - azertag.az ~ 10 год назад. Просмотрено 89 раз.
AzərTAc informasiya agentliklərinə istinadla xəbər verir ki, İrlandiyanın sayca az, lakin sürətlə artan müsəlman icmasının üzvü Məzhar Əli Bari Avropa komissiyasında bu ölkənin irqçiliklə və dözümsüzlüklə mübarizə üzrə nümayəndəsi təyin edilmişdir.
Bari İrlandiya Pakistanlıları Assosiasiyasının və İrlandiya-Pakistan İşgüzar Şurasının üzvüdür, İrlandiyada irqçilik məsələləri və mədəniyyətlərarası problemlər üzrə Milli Məşvərət Komitəsində işləmişdir. İxtisasca fizik olan Bari bu yaxınlarda özünün texnoloji komitəsini yaratmışdır.
İrlandiyanın ədliyyə naziri Maykl MakDauell demişdir: “Şadam ki, doktor Bari bu təklifi qəbul etdi. O, Avropa komissiyasına zəngin təcrübə və çoxlu yeni ideya ilə gələcəkdir. Əminəm ki, o, irqçiliyin qarşısının alınmasına dair milli fəaliyyət planının hazırlanmasında olduğu kimi, yeni vəzifəsində də işə eyni sədaqət və əzmkarlıqla işləyəcəkdir”.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763966/MUSELMAN+AVROPA+KOMISSIYASINDA+IRLANDIYANIN+NUMAYENDESI+TEYIN+EDILMIShDIR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.084 san. generasiya edilib.