Naftalanda Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib

- REGİONLAR - azertag.az ~ 22 дней назад. Просмотрено 20 раз.
Naftalanda Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib

Naftalan, 31 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Naftalanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı coşqu ilə qarşılanır.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə şəhərin Heydər Əliyev Parkında ümumşəhər bayram şənliyi keçirilib.

Bayram tədbirində çıxış edən Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov şəhər sakinlərini və tədbir iştirakçılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. İcra başçısı Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən və onun əhəmiyyətindən danışıb.

Tədbir Naftalan şəhər Mədəniyyət evinin hazırladığı bayram konserti ilə davam edib.

Sonda Şaxta baba uşaqlara bayram hədiyyələri paylayıb.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77621899/Naftalanda+Hemreylik+Gunu+ve+Yeni+il+munasibetile+bayram+tedbiri+kecirilib

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 22 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.283 san. generasiya edilib.