Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir

- CƏMİYYƏT - azertag.az ~ 16 дней назад. Просмотрено 20 раз.
Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir

Bakı, 31 dekabr, AZƏRTAC

Vətəndaşların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi hər bir dövlətin sosial siyasətinin əsas məqsədlərindəndir. Bu, əhalinin məşğulluğunun, tibbi xidmətlərin yüksək səviyyəsinin, pensiyaçıların, çoxuşaqlı ailələrin, əlillərin hüquqlarının müdafiəsinin təmini yolu ilə həyata keçirilir.

Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda əhalinin sosial müdafiəsi lazımi səviyyədə təmin edilir, bu məsələlər daim diqqətdə saxlanılır. Azərbaycanda genişmiqyaslı sosial siyasət aparılır. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son illər ölkəmizdə görülən işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaqdır.

Başa çatmaqda olan ildə də Prezident İlham Əliyev tərəfindən sosial xarakterli bir sıra fərman və sərəncamlar imzalanıb. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Yeni qurumun fəaliyyəti səhiyyə sisteminin maliyyələşdirməsini yeni iqtisadi əsasda təmin edəcək, əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını genişləndirəcək. İcbari tibbi sığortanın tətbiqinə dair pilot layihə Mingəçevir şəhərində və Yevlax rayonunda həyata keçiriləcək. Dövlətimizin başçısının fərmanları ilə icbari tibbi sığortanın baza paketinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri təsdiqlənib. Layihənin reallaşdırılmasına 2017-ci ilin yanvarında başlanacaq və 2018-ci il fevralın 1-də başa çatacaq.

Prezident İlham Əliyevin “Əhalinin özünəməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası istiqamətində məqsədyönlü işlər uğurlar davam edir. Bu məqsədlə “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs yaradılıb. “ABAD” aztəminatlı ailələrin rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, kiçik və orta sahibkarlığı dəstəkləməyə yönələn sosialyönlü layihələri reallaşdıracaq.

Dövlət devalvasiyanın təsirlərindən əhalinin müdafiəsi məqsədilə tammiqyaslı tədbirlər həyata keçirir. Məsələn, Milli Məclisin dekabrın 16-da keçirilmiş plenar iclasında “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi qəbul edilib. 2017-ci ildə Azərbaycanda yaşayış minimumu 155 manat müəyyən edilib ki, bu da 2016-cı illə müqayisədə 13,97 faiz çoxdur. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib.

Əhalinin sosial baxımından aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir. Sosial sahədə büdcə vəsaitlərinin ildən-ilə artırılması bu sahəyə Azərbaycan Prezidentinin qayğısını bir daha təsdiq edir. Hazırda sosial təminat sistemi 2,5 milyon adamı və ya respublika əhalisinin 26 faizini təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 milyon 312 min nəfərə əmək pensiyası, 506,1 min nəfərə müxtəlif növ müavinətlər və Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ödənilir. 2016-cı ildə dövlət hesabına xaricə müalicəyə 128 əlil, o cümlədən 58 uşaq göndərilib, regionlarda 1015 əlilin istirahəti təşkil edilib. Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə Bakıda və regionlarda yaşayış binaları tikilir, onlar minik avtomobili ilə təmin edilirlər.

Sosial təminat sisteminin mühüm bir istiqaməti də aztəminatlı ailələrin yoxsulluğun doğurduğu çətinliklərdən müdafiəsi üçün onların ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunmasıdır. Ölkəmizdə 162 min ailənin 707 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir.

Heydər Əliyev Fondu sosial siyasətin reallaşdırılmasına böyük töhfə verir. Belə ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində 165 mindən çox aztəminatlı ailəyə bayram sovqatı verilib, valideyn himayəsindən məhrum uşaqlar üçün bayram şənlikləri təşkil edilib.

Bayramlar ərəfəsində Prezident İlham Əliyevin və birinci xanımın iştirakı ilə Sabunçu rayonunun Zabrat qəsəbəsində yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın, həmçinin yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzinin açılışı olub.

Sosial təminat sisteminin daha bir komponenti olaraq, ölkəmizdə 15 min nəfər insana (o cümlədən 1 102 nəfər insana sosial xidmət müəssisələrində stasionar şəraitdə, 11 855 nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada, sağlamlıq imkanları məhdud uşaqlardan və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlardan ibarət 2046 nəfərə sosial sifarişlər üzrə layihələr çərçivəsində) sosial xidmətlər göstərilir.

Əhaliyə göstərilə tibbi xidmətlər ildən-ilə daha da yaxşılaşır ki, bu da özünü müxtəlif xəstəliklərdən ölüm hallarının azalmasında, nadir əməliyyatların aparılmasında, o cümlədən orqanların transplantasiyasında, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsində göstərir. 2016-cı ildə regionlarda əsaslı yenidənqurma işlərindən sonra bir sıra xəstəxanalar açılıb, bir çox, o cümlədən ana və uşağın sağlamlığının qorunması sahəsində dövlət proqramları qəbul edilib. Azərbaycanın tibbi müəssisələri regionda ən qabaqcıl hesab edilir. Buna misal olaraq 2016-cı ildə Milli Onkologiya Mərkəzi yanında Nüvə Təbabətinin açılışını göstərmək olar. Bu, Cənubi Qafqazda müvafiq sahə üzrə yeganə mərkəzdir.

Bütün bunlar göstərir ki, güclü iqtisadi və sosial siyasət Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Sosial sahədə uğurlar, xalqın ildən-ilə yüksələn rifahı dövlətimizin başçısının uzaqgörən siyasətini əyani olaraq bir daha təsdiq edir.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77622463/Azerbaycanda+ehalinin+sosial+rifahinin+yaxshilashdirilmasi+dovlet+siyasetinin+esas+prioritetlerindendir

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.112 san. generasiya edilib.