Gənc Tamaşaçılar Teatrının yanvar repertuarı maraqlı tamaşalarla zəngindir

- Mədəniyyət - azertag.az ~ 16 дней назад. Просмотрено 12 раз.
Gənc Tamaşaçılar Teatrının yanvar repertuarı maraqlı tamaşalarla zəngindir

Bakı, 31 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yanvar ayı üçün repertuarını açıqlayıb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Yeni ilin ilk ayında sənət ocağı maraqlı tamaşalarla çıxış edəcək. Belə ki, teatrın səhnəsində yanvarın 1-də Robert Hovardın “Qrinç” (Yaşıl adam) tamaşasının premyerası olacaq.

Səhnə əsəri yanvarın 2, 3, 4, 5-də yenidən nümayiş olunacaq. Bundan əlavə, yanvarın 7-də “Uzuncorab Pippi” və “Leyli və Məcnun” (premyera), yanvarın 8-də “Balaca və damda yaşayan Karlson” və “Buzovna kəndinin əhvalatları”, yanvarın 14-də isə “Aycan” tamaşası təqdim ediləcək.

Tamaşalar hər gün saat 12.00, 14.00, 16.00 və 18.00-da nümayiş olunacaq.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77623347/Genc+Tamashacilar+Teatrinin+yanvar+repertuari+maraqli+tamashalarla+zengindir

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.066 san. generasiya edilib.