Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb

- Siyasət - azertag.az ~ 15 дней назад. Просмотрено 20 раз.
Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb

İstanbul, 1 yanvar, АZƏRTAC

Yanvarın 1-də İstanbulun Ortaköy rayonundakı “Reina” gecə klubunda törədilən terror aktı ilə əlaqədar Azərbaycanın baş konsulluğunda “qaynar xətt” yaradılıb.

İlkin məlumata görə, yaralılar arasında Azərbaycanın iki vətəndaşı olub. Onlardan biri artıq evə buraxılıb.

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev AZƏRTAC-a bildirib ki, həmin şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi, o cümlədən zərərçəkənlər arasında digər vətəndaşlarımızın olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.

Xatırladaq ki, terror aktı nəticəsində həlak olan 39 nəfərdən 21-nin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 15-i xarici ölkə vətəndaşlarıdır. Xəsarət alan 65 nəfərdən dördünün vəziyyəti ağırdır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77629666/Azerbaycanin+Istanbuldaki+bash+konsullugunda+qaynar+xett+yaradilib

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 16 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.191 san. generasiya edilib.