Azərbaycanın Xarici İşlər Nazirliyi İstanbulda baş verən terror aktını pisləyib

- Siyasət - azertag.az ~ 15 дней назад. Просмотрено 15 раз.
Azərbaycanın Xarici İşlər Nazirliyi İstanbulda baş verən terror aktını pisləyib

Bakı, 1 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yanvarın 1-də İstanbulda törədilən terror aktı ilə əlaqədar açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, açıqlamada İstanbulda gecə klublarından birində törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktı qəti şəkildə pislənib. “Bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Xain və alçaq terror əməllərini törədənlər heç zaman qardaş Türkiyənin terrorizmə qarşı mübarizədə əzm və qətiyyətini sarsıda bilməzlər. Biz, qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq”, - deyə açıqlamada qeyd olunub.

Bildirilib ki, son məlumata görə, yaralananlar arasında Azərbaycan Respublikasının iki vətəndaşı da müəyyən edilib. Azərbaycanın İstanbuldakı baş konsulluğu məsələ ilə əlaqədar Türkiyənin müvafiq dövlət orqanları və vətəndaşlarımızla davamlı təmasdadır. Əlavə məlumat olduqda ictimaiyyətə bildiriləcək.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77633733/Azerbaycanin+Xarici+Ishler+Nazirliyi+Istanbulda+bash+veren+terror+aktini+pisleyib

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.138 san. generasiya edilib.