Avstriya ATƏT-ə sədrliyi dövründə radikallaşmaya qarşı mübarizəyə xüsusi diqqət yetirəcək

- Dünya - azertag.az ~ 15 дней назад. Просмотрено 15 раз.
Avstriya ATƏT-ə sədrliyi dövründə radikallaşmaya qarşı mübarizəyə xüsusi diqqət yetirəcək

Vyana, 1 yanvar, AZƏRTAC

Yanvarın 1-də ATƏT-ə sədrlik Almaniyadan Avstriyaya keçib. 2000-ci ildən sonra ikinci dəfə təşkilata rəhbərliyi öz üzərinə götürən Avstriyanın yeni dövrdə sədrliyi mürəkkəb dövrə təsadüf edib.

Təşkilata sədrliyi təhvil verən Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer qonşu dövlətin çətin tapşırıqlar qarşısında durduğunu bildirib.

Avstriyanın xarici işlər naziri Sebastian Kurts ölkəsinin sədrlik dövründə əsas hədəfləri arasında ATƏT məkanında böhran və münaqişələrin nizamlanması, qarşılıqlı etimadın bərpası, getdikcə güclənməkdə olan radikallaşmaya və ekstremizmə qarşı mübarizəyə xüsusi diqqətin ayrılması olduğunu qeyd edib. O, ölkəsinin ATƏT məkanında etimadın qurulması üçün “körpüsalan” rolunu öz üzərinə götürəcəyini bildirib: “Biz Avropada etimadın yenidən qurulmasına çalışmalı və sanksiyalarla bağlı cəzalandırma sistemindən həvəsləndirmə sisteminə keçməliyik”. S.Kurts Rusiyasız Avropada sülhün mümkün olmadığını, Rusiya ilə yaxınlaşmanın vacibliyini və bu ölkəyə qarşı sanksiyaların yumşaldılması üçün səy göstəriləcəyini qeyd edib.

“Əminəm ki, güclü ATƏT təhlükəsiz Avropa üçün əsasdır, xüsusilə indiki çətin dövrdə. Avstriya məsuliyyəti öz üzərinə götürməyə və iyirmi il ərzində ikinci dəfə təşkilata sədrlik etməyə hazırdır, - deyən S.Kurts qeyd edib ki, 1,2 milyard insanın yaşadığı ölkələrin üzv olduğu ATƏT vasitəçi və birləşdirici kimi münaqişələrin davamlı həlli və gərginliyin azaldılması üçün bütün imkanlara malikdir.

Sədrlik dövründə böhranların idarə edilməsinə xüsusi diqqət yetiriləcəyini ifadə edən yeni sədr yanvarın 2-də Şərqi Ukraynaya səfər edəcək. S.Kurts Avstriyanın sədrlik dövrü üçün prioritetlərini rəsmi olaraq, yanvarın 12-də ATƏT-in Daimi Şurasının iclasında bəyan edəcəyini bildirib.

ATƏT-ə sədrlik seçki əsasında bir il müddətinə baş tutur. Almaniyadan sədrliyi təhvil alan Avstriyadan sonra gələn il İtaliya təşkilata sədrlik edəcək.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77634458/Avstriya+ATET-e+sedrliyi+dovrunde+radikallashmaya qarshi+mubarizeye+xususi+diqqet+yetirecek

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.074 san. generasiya edilib.