Ağdaşda 36 hektar tut bağı və 7 hektar mədəni meşəlik salınıb

- Kənd təsərrüfatı - azertag.az ~ 21 дней назад. Просмотрено 23 раз.

Ağdaş, 1 yanvar, AZƏRTAC

Hazırda 7470 hektar meşə ərazisi olan Ağdaş rayonunda bu sahənin mühafizəsi, yeni mədəni meşəliklərin salınması və qiymətli ağac tinglərinin yetişdirilməsi diqqət mərkəzindədir.

Ağdaş rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Cahid Dadaşov AZƏRTAC-a bildirib ki, idarənin tabeliyində olan Ağdaş, Ağzıbir və Ucar meşəbəyiliklərinin ərazisində cari ilin payız mövsümündə 40 hektar sahədə meşə ağaclarının və tut bağlarının əkilməsi ilə bağlı plan uğurla yerinə yetirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin köməyi ilə bu il Ağdaşda baramaçılığın inkişaf etdirilməsi üçün yeni tut bağlarının salınması işlərinə böyük önəm verilib.

Müəssisənin kollektivi ötən iki ay ərzində 33 hektar sahədə tut bağı salıb. Ağdaş və Ağzıbir meşəbəyiliklərinin ərazisinə ümumilikdə 24,5 min ədəd yerli tut tingi əkilib. Bundan əlavə, Ağdaş meşəçiləri 7 hektar sahədə akasiya, göyrüc, iydə, qovaq, nar və digər ağac tinglərinin əkinini həyata keçiriblər. Hazırda müəssisənin 5 hektarlıq tingçilik təsərrüfatında 450 mindən çox müxtəlif ağac tingi yetişdirilir. Bunun 60 mini yerli tut ağaclarıdır. Bundan əlavə, müəssisə tərəfindən bu il qonşu rayonlarda və Bakıda yaşıllıqların salınması üçün minlərlə ağac tingləri göndərilib.

Həmçinin bu ilin yaz aylarında müəssisənin ərazisində 30 hektar sahədə mədəni meşəlik salınmışdı. İdarə meşəliklərin salınması ilə yanaşı, onun mühafizəsini də uğurla həyata keçirir. Yay aylarında meşələrin yanğından mühafizəsi üçün ətraf ərazidə 3 metr enində şum zolaqları çəkilib, vətəndaşlar arasında maarifləndirmə işləri aparılıb. Cari ildə xəstə və kök üstündə qurumuş ağacların kəsilməsi hesabına 500 kubmetr odun yanacağı hazırlanaraq orta məktəblərə, uşaq bağçalarına, xəstəxanalara, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, imkansız ailələrə verilib.

Rayonda baramaçılığın inkişaf etdirilməsi məqsədilə Çindən Azərbaycana gətirilən tut tinglərinin 30 mini bölgü əsasında Ağdaşa göndərilib. Kənd sakinlərinin iştirakı ilə kütləvi iməciliklər təşkil edilib. Ağacların fərdi təsərrüfat sahələrində, bələdiyyə torpaqlarında, eləcə də yolların kənarında, ümumilikdə 3 hektar ərazidə əkilməsi təmin edilib.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77635811/Agdashda+36+hektar+tut+bagi+ve+7+hektar+medeni+meshelik+salinib

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.168 san. generasiya edilib.