NATO qərargahı önündəki bayraqlar yarıyadək endirilib

- Dünya - azertag.az ~ 14 дней назад. Просмотрено 20 раз.
NATO qərargahı önündəki bayraqlar yarıyadək endirilib

Bakı, 2 yanvar, AZƏRTAC

İstanbulda gecə klubuna terror hücumu ilə əlaqədar NATO-nun Brüsseldəki qərargahının önündəki bayraqlar yarıya endirilib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, NATO bu addımı Türkiyəyə dəstək olaraq atıb. Qurumun baş katibi Jens Stoltenberg hadisədən dərhal sonra sosial şəbəkədə terror aktını pisləyən bəyanatla çıxış edib və bayraqların yarıyadək endirilməsi barədə göstəriş verib. NATO-nun və üzv ölkələrin qərargah qarışındakı bayraqları iki gün bu vəziyyətdə qalacaq.

NATO bundan əvvəl Atatürk hava limanında, habelə Fransa, Belçika və Almaniyada törədilmiş terror aktlarından sonra da eyni addımı atmışdı.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77649457/NATO+qerargahi+onundeki+bayraqlar+yariyadek+endirilib

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 16 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.053 san. generasiya edilib.