Lənkəran Dövlət Universitetində bayram şənliyi keçirilib

- REGİONLAR - azertag.az ~ 14 дней назад. Просмотрено 10 раз.
Lənkəran Dövlət Universitetində bayram şənliyi keçirilib

Lənkəran, 2 yanvar, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Dövlət Universitetinin (LDU) 1 nömrəli tədris korpusunda yeni istifadəyə verilmiş 100 nəfərlik tələbə yeməkxanasında bayram şənliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, bayram tədbirində çıxış edən universitetin rektoru vəzifəsini icra edən, riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov LDU-nun müəllim və tələbə kollektivini əlamətdar bayramlar münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb.

Mərasimdə ali təhsil müəssisəsinin ictimai həyatında fəal iştirak edənlərin bir qrupuna fəxri-fərmanlar verilib, LDU-nun fakültələri arasında keçirilən idman yarışlarının qalibləri mükafatlandırılıb.

Tədbirdə, həmçinin, birinci semestrin nəticələrinə görə fərqlənən tələbə və magistrlərə universitet təqaüdünün verilməsi haqqında rektorluğun əmri oxunub.

Bayram tədbiri universitet bədii özfəaliyyət kollektivinin çıxışları ilə davam edib.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77650498/Lenkeran+Dovlet+Universitetinde bayram+shenliyi+kecirilib

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.1 san. generasiya edilib.