İstanbulda gecə klubuna hücum edən terrorçunun yeni fotosu aşkarlanıb

- Dünya - azertag.az ~ 14 дней назад. Просмотрено 12 раз.
İstanbulda gecə klubuna hücum edən terrorçunun yeni fotosu aşkarlanıb

Bakı, 2 yanvar, AZƏRTAC

Yanvarın 1-i gecəsi İstanbulun Ortaköy rayonunda gecə klubuna hücum edən terrorçunun daha bir fotosu ortaya çıxıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, istintaq çərçivəsində aparılan təhqiqat zamanı terrorçunun daha aydın göründüyü bir fotoşəkli əldə olunub. Təhlükəsizlik kamerasından əldə edilmiş yeni fotoda terrorçunun üz cizgiləri nisbətən dəqiq seçilir. Polis cinayətkarın yaxalanması üçün əməliyyatları davam etdirir.

Agentliyin bir qədər əvvəl yaydığı məlumata görə, İstanbulda 39 nəfərin ölümü ilə nəticələnmiş terror aktında şübhəli bilinən 8 nəfər saxlanılıb.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77650506/Istanbulda+gece+klubuna+hucum+eden+terrorcunun+yeni+fotosu+ashkarlanib

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 16 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.111 san. generasiya edilib.