Praqa Milli Kitabxanasında dahi Azərbaycan şairlərinin əlyazmaları saxlanılır

- Elm və təhsil - azertag.az ~ 14 дней назад. Просмотрено 23 раз.
Praqa Milli Kitabxanasında dahi Azərbaycan şairlərinin əlyazmaları saxlanılır

Bakı, 2 yanvar, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov Azərbaycanla bağlı xarici ölkələrdə saxlanılan və indiyədək kataloqlaşdırılmamış əlyazma nüsxələrini üzə çıxarmaq məqsədilə Çexiya Respublikasının Praqa Milli Kitabxanasında olub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, səfərin yekunları barədə məlumat verən Ə. Praqa Milli Kitabxanasında mühafizə edilən 100-dən çox əlyazmanın bilavasitə Azərbaycan ədəbiyyatı, tarixi, coğrafiyası ilə əlaqəli olduğunu bildirib. Belə ki, kitabxanada Nizami, Füzuli, Nəsimi, Şeyx Səfiəddin Ərdəbilli, Nəsrəddin Tusi və başqalarının nəfis və miniatürlərlə bəzədilmiş əlyazmaları mühafizə edilir. Tədqiqatçı həmin əlyazmaların elmi-paleoqrafik təsvirlərini əldə edib, həmçinin maraq doğuran rəsm və miniatürlərin fotoşəkillərini çəkib. Həmçinin Praqa Milli Kitabxanasında saxlanan ərəb, fars və türk dillərindəki əlyazmaların kataloqunun gələcəkdə çap olunması üçün Bakıya gətirib.

Ə.Bağırov bundan əvvəl Moskvada İvanovo Tarix-Diyarşünaslıq Muzeyində də olub və orada saxlanılan ərəb, fars və türk dillərində əlyazmaları araşdırıb.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77651096/Praqa+Milli+Kitabxanasinda+dahi+Azerbaycan+shairlerinin+elyazmalari+saxlanilir

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.064 san. generasiya edilib.