İngiltərədə ilk dəfə ev alanlara dövlət maliyyə yardımı göstərəcək

- Dünya - azertag.az ~ 12 дней назад. Просмотрено 10 раз.
İngiltərədə ilk dəfə ev alanlara dövlət maliyyə yardımı göstərəcək

London, 4 yanvar, AZƏRTAC 

Bu il İngiltərənin bəzi bölgələrində ilk dəfə ev almaq istəyənlərə dövlət yardımı göstəriləcək.

“Başlanğıc evləri ərazi fondu” layihəsi çərçivəsində 23-40 yaş arasında olan və ilk dəfə ev almaq istəyən vətəndaşlara 20 faizə qədər güzəşt olunacaq. Maliyyə yardımı yalnız müəyyən miqdarda qiyməti olan evlərə şamil ediləcək.

Layihəyə hələlik İngiltərənin yalnız bir neçə bələdiyyəsi razılıq verib. Buna baxmayaraq, Britaniyada hər kəsin öz evinin olmasına kömək göstərmək məqsədilə layihənin genişləndirilməsi planlaşdırılıb.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77653674/Ingilterede+ilk+defe+ev+alanlara+dovlet+maliyye+yardimi+gosterecek

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.744 san. generasiya edilib.