Mərkəzi Afrika Respublikasında BMT-nin 2 sülhməramlısı öldürülüb

- Dünya - azertag.az ~ 11 дней назад. Просмотрено 24 раз.
Mərkəzi Afrika Respublikasında BMT-nin 2 sülhməramlısı öldürülüb

Bakı, 4 yanvar, AZƏRTAC

Mərkəzi Afrika Respublikasında BMT sülhməramlılarına hücum nəticəsində iki hərbçi ölüb, daha iki nəfər yaralanıb.

AZƏRTAC “lemonde.fr” saytına istinadla bildirir ki, hadisə ölkənin cənub-şərqində yerləşən Bria şəhərində baş verib. Silahlı dəstə BMT-nin avtomobil karvanını müşayiət edən sülhməramlılara hücum edib. İki mərakeşli hərbçini öldürən və digər iki nəfəri yaralayan dəstə üzvləri hadisə yerindən qaçmağa nail olublar.

Öldürülən hərbçilər BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşmə üzrə beynəlxalq missiyasının (MİNUSKA) üzvləridir.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77659718/Merkezi+Afrika+Respublikasinda+BMT-nin+2+sulhmeramlisi+oldurulub

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 16 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.055 san. generasiya edilib.