Azərbaycan neftinin ilk partiyası Ukraynaya gətirilib

- İqtisadiyyat - azertag.az ~ 11 дней назад. Просмотрено 20 раз.
Azərbaycan neftinin ilk partiyası Ukraynaya gətirilib

Kiyev, 5 yanvar, AZƏRTAC

“Ukrtatnafta” Publik Səhmdar Cəmiyyəti (PSC) yüngül Azərbaycan neftini emal üçün qəbul etməyə hazırlaşır. “Azeri Light” markalı neftin 80 min ton miqdarında partiyası dekabr ayının son günlərində Ukraynaya gətirilib və emal edilməsi üçün Kremençuq neft emalı zavoduna (NEZ) göndəriləcək.

Şirkətin mətbuat xidmətindən bildiriblər ki, 2017-ci ildə “Ukrtatnafta” PSC üçün neft təchizatının ümumi həcmini bütövlükdə 1,3 milyon tona çatdırmaq planlaşdırılır.

Şirkətin məlumatında deyilir ki, bu layihənin icrası Azərbaycan ilə Ukrayna prezidentləri arasında Ukrayna NEZ-lərinin neftlə təchizatının bərpasına dair razılaşma sayəsində mümkün olub.

Xam neftin tədarükçüsü Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti – SOCAR-dır.

Məlumatda deyilir: “Layihənin həyata keçirilməsi sayəsində təkcə Kremençuq NEZ-in işi çoxalmayacaq, “Ukrtransnafta” ASC neft kəmərləri sistemi ilə neftin vurulmasının həcmi də artacaq. Bütün bunlar Ukrayna iqtisadiyyatının inkişafına və dövlət büdcəsinə vergi daxilolmalarının artmasına şərait yaradacaq. “Ukrtatnafta” PSC Kremençuq NEZ-i tərkibində kükürdün miqdarının az olduğu xam neftlə təchiz etməklə və müasir texnologiyalardan istifadə etməklə, yüksəkkeyfiyyətli neft məhsullarının istehsalını genişləndirməyi və “Avro-5” standartı parametrlərinə uyğun yanacaq istehsalına tam keçməyi planlaşdırır”.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77690251/Azerbaycan+neftinin+ilk+partiyasi+Ukraynaya+getirilib

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
1.336 san. generasiya edilib.