Almaniya polisinin səhvləri

- Dünya - azertag.az ~ 10 дней назад. Просмотрено 20 раз.
Almaniya polisinin səhvləri

Berlin, 5 yanvar, AZƏRTAC

Almaniya mətbuatı Berlin yarmarkasında törədilən terror aktı ilə əlaqədar ölkənin hüquq mühafizə orqanlarının səhvlərindən və xətalarından yazır. Qeyd olunur ki, polis Anis Amrini çoxdan müşahidə etsə də, onun qorxunc planlarını gözdən qaçırıb.

“Süddeutsche Zeitung” nəşrinin yazdığına görə, Birləşmiş Antiterror Mərkəzinin 2016–cı il iyulun 19-29-da keçirilmiş müşavirəsində Berlin şəhərinin cinayət işləri üzrə idarəsinin nümayəndəsi A.Amrini Almaniyada yaşamaq haqqında qanunun 58-ci maddəsi əsasında sadələşdirilmiş qaydada ölkədən deportasiya olunmasını təklif edib.

Bu maddə konkret əcnəbi şəxsin ölkənin təhlükəsizliyi üçün xüsusi təhlükə törətməsi barədə əsaslandırılmış proqnoz olanda onun Almaniyadan dərhal deportasiya edilməsinə imkan verir. Lakin müşavirə iştirakçıları bu nəticəyə gəliblər ki, mövcud informasiya və Amridən gələn təhlükə dərəcəsi həmin qərarın məhkəmədə müdafiəsi üçün yetərli deyildir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77692869/Almaniya+polisinin+sehvleri

На других источниках

  • Almaniya polisinin səhvləri Almaniya polisinin səhvləri

    05 Yanvar 2017Almaniya mətbuatı Berlin yarmarkasında törədilən terror aktı ilə əlaqədar ölkənin hüqu...

    azerbaijan-news.az

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 16 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
1.003 san. generasiya edilib.