İzmirdə törədilən terror aktı nəticəsində iki nəfər həlak olub

- Dünya - azertag.az ~ 11 дней назад. Просмотрено 15 раз.
İzmirdə törədilən terror aktı nəticəsində iki nəfər həlak olub

Bakı, 5 yanvar, AZƏRTAC

Türkiyənin İzmir şəhərində törədilmiş terror aktı nəticəsində bir polis əməkdaşı və bir ədliyyə işçisi həlak olub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə İzmir valisi Erol Ayyıldız məlumat verib. Onun sözlərinə görə, ədliyyə binasının girişlərindən birindəki polis nəzarət nöqtəsinə yaxınlaşan bomba yüklü avtomobil saxlanılarkən terrorçular qaçmağa çalışıblar. Onların tərk etdikləri avtomobildə partlayış baş verib və bundan sonra meydana gələn atışmada iki terrorçu öldürülüb.

Vali deyib ki, əldə edilən ilkin məlumatlar terror aktının PKK tərəfindən törədildiyi ehtimalına işarə edir.

Erol Ayyıldız həlak olan polis məmurunun diqqəti sayəsində böyük bir faciənin qarşısının alındığını bildirib.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77707215/Izmirde+toredilen+terror+akti+neticesinde+iki+nefer+helak+olub

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.077 san. generasiya edilib.