Dünyanın ilk üçekranlı noutbuku təqdim edilib

- Dünya - azertag.az ~ 10 дней назад. Просмотрено 22 раз.
Dünyanın ilk üçekranlı noutbuku təqdim edilib

Bakı, 6 yanvar, AZƏRTAC

“Razer” şirkəti Las-Veqasda keçirilən “CES 2017” sərgisi çərçivəsində qeyri-adi üçekranlı oyun noutbukunun prototipini təqdim edib.

AZƏRTAC “hitech.newsru.ru” saytına istinadən xəbər verir ki, “Blade Pro” modeli əsasında hazırlanmış “Project Valerie” adlı noutbuk işıqlandırma ilə təchiz edilmiş iki əlavə ekrana malikdir və yeni qurğunun qapağını açdıqdan sonra mərkəzi hissədən avtomatik olaraq açılır. 17.3 düymlük ekranların hər birinin təsvir ölçüsü 3840x2160 piksel (“4K Ultra HD”), ekranların ümumi təsvir ölçüsü 11520x2160 piksel təşkil edir. Noutbuk tərəfindən dəstəklənən “Nvidia Surround View” texnologiyası təsviri bütün ekranlar boyunca "dartmağa" imkan verir.

“Project Valerie” noutbukunun qalınlığı 3.8 santimetr, çəkisi isə 5.5 kiloqramdır. Noutbuk “Nvidia GeForce GTX 1080” videokartı ilə təchiz edilib. Şirkət “Project Valerie” noutbukunun başqa parametrləri haqda məlumat vermir.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77753628/Dunyanin+ilk+ucekranli+noutbuku+teqdim+edilib

На других источниках

  • Üçekranlı noutbuk Üçekranlı noutbuk

    “Razer” şirkəti Las-Veqasda keçirilən “CES 2017” sərgisi çərçivəsində qeyri-adi üçekranlı oyun nout...

    xalqqazeti.com

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 16 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.06 san. generasiya edilib.