“Gənc İstedadlar” liseyi “Sabahın alimləri” müsabiqəsində on beş layihə ilə iştirak edəcək

- CƏMİYYƏT - azertag.az ~ 9 дней назад. Просмотрено 21 раз.
“Gənc İstedadlar” liseyi “Sabahın alimləri” müsabiqəsində on beş layihə ilə iştirak edəcək

Bakı, 7 yanvar, AZƏRTAC

Bu il keçiriləcək “Sabahın alimləri” altıncı respublika müsabiqəsində Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar” liseyinin 25 şagirdi 15 layihə ilə iştirak edəcək.

Liseyin direktoru, professor Qasım Hüseynov AZƏRTAC-a bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində bu müsabiqəyə geniş hazırlıq işləri aparılır. Liseyin 57 şagirdi respublika fənn olimpiadasına qatılacaq.

Təhsil ocağında ötən il qazanılan nailiyyətlərdən danışan direktor qeyd edib ki, liseydə 610 şagird təhsil alır. 2016-cı ildə təhsil müəssisəsini iki nəfər qızıl, dörd nəfər gümüş medalla bitirib. Əlli məzunun hamısı ali məktəblərə, o cümlədən səkkiz nəfər xarici ölkələrin nüfuzlu universitetlərinə qəbul olunub.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77776419/Genc+Istedadlar+liseyi+Sabahin+alimleri+musabiqesinde+on+besh+layihe+ile+ishtirak+edecek

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.053 san. generasiya edilib.