Dağlıq Şirvan iqtisadi rayonu sürüşmə sahələrinin geniş yayıldığı ərazilərdə yerləşir

- Elm və təhsil - azertag.az ~ 9 дней назад. Просмотрено 12 раз.
Dağlıq Şirvan iqtisadi rayonu sürüşmə sahələrinin geniş yayıldığı ərazilərdə yerləşir

Bakı, 7 yanvar, X.Cəfərova, AZƏRTAC

Sürüşmə hadisəsi Azərbaycanın ümumi regional təsərrüfat-istehsal quruluşunun səmərəli ərazi təşkilinə, təkmilləşdirilməsinə və inkişafına mənfi təsir göstərən mühüm problemlərdən biridir. Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunda bununla bağlı mühüm tədqiqatlar aparılır.

Bu barədə AZƏRTAC-a institutun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Nəriman Paşayev məlumat verib.

N.Paşayev bildirib ki, Dağlıq Şirvan iqtisadi rayonu respublikada sürüşmə proseslərinin daha çox təkrarlandığı, geniş yayıldığı, əhalinin məskunlaşmasına və təsərrüfat sahələrinə daha çox ziyan vurduğu ərazilərdə yerləşir. Regiona il ərzində düşən yağıntıların miqdarı 600-1000 millimetr, seysmiklik isə 8-9 bal təşkil edir.

Alimin apardığı tədqiqatların nəticələrinə görə, müəyyənləşdirilib ki, bu iqtisadi rayon yüksək seysmik zonada yerləşdiyindən burada sürüşmələr çox zaman zəlzələdən sonra fəallaşır. Regionda əhalisi 43,5 min nəfər olan 70 yaşayış məntəqəsi fəal sürüşmə zonasında yerləşir.

Regionun daxilində əhalisi 19,4 min nəfər olan İsmayıllı bölgəsində 42, əhalisi 15,5 min nəfər olan Şamaxıda 15, əhalisi 3,8 min nəfər olan Ağsuda 11 və Qobustanda 3 yaşayış məntəqəsinin yerləşdiyi ərazilər sürüşmə təhlükəli ərazilərdən hesab edilir.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77777383/Dagliq+Shirvan+iqtisadi+rayonu+surushme+sahelerinin genish+yayildigi+erazilerde+yerleshir

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.177 san. generasiya edilib.