Mərakeşdə avtomobil qəzası: 10 nəfər diri-diri yanıb

- Dünya - azertag.az ~ 9 дней назад. Просмотрено 17 раз.
Mərakeşdə avtomobil qəzası: 10 nəfər diri-diri yanıb

Bakı, 7 yanvar, AZƏRTAC

Mərakeşin cənubunda baş verən avtomobil qəzası nəticəsində azı 10 nəfər yanaraq həyatını itirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sərnişin avtobusu Aqadir şəhərinə gedən trasın 41-ci kilometrində yük maşını ilə toqquşub. Qəzadan sonra hər iki avtomobil yanmağa başlayıb. Hadisə nəticəsində azı 10 nəfər həlak olub, 22 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ağır yaralılar helikopterlə Mərakeş şəhərinə aparılıb, digərləri isə Aqadirdəki hospitala yerləşdirilib.

Hazırda tədqiqat başlayıb və hadisənin başvermə səbəbləri araşdırılır.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77778826/Merakeshde+avtomobil+qezasi:+10+nefer+diri-diri+yanib

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.326 san. generasiya edilib.