Türkiyədə Rusiya səfirinin qətli ilə bağlı beş nəfər həbs edilib

- Dünya - azertag.az ~ 8 дней назад. Просмотрено 19 раз.
Türkiyədə Rusiya səfirinin qətli ilə bağlı beş nəfər həbs edilib

Bakı, 7 yanvar, AZƏRTAC

Türkiyə polisi Rusiya səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsi ilə bağlı təhqiqat çərçivəsində beş nəfəri həbs edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Anadolu agentliyi İzmir şəhər prokurorluğuna istinadla məlumat yayıb. Bildirilir ki, həbs edilənlərin dördü səfiri qətlə yetirən Mövlut Altıntaşla birgə daxili işlər orqanlarında çalışmış şəxslərdir. Beşinci şəxs isə FETÖ təşkilatının fəalıdır. O, Altıntaşın təhsil aldığı İzmirdəki polis məktəbində bu təşkilatın tərəfdarı olan kursantlarla iş aparırdı.

Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edərkən güllə ilə vurulmuşdu. Səfirə atəş açan polis işçisi Mövlut Altıntaş isə yerli təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerində öldürülmüşdü.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77780970/Turkiyede+Rusiya+sefirinin+qetli+ile+bagli+besh+nefer+hebs+edilib

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 16 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.124 san. generasiya edilib.