Türkiyədə Sarıkamış şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub

- Dünya - azertag.az ~ 8 дней назад. Просмотрено 18 раз.
Türkiyədə Sarıkamış şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub

İstanbul, 8 yanvar, АZƏRTAC

Birinci Dünya müharibəsi zamanı Türkiyədə başlanan “Sarıkamış hərəkatı”nın ildönümü ilə əlaqədar Qars vilayətində yerləşən Sarıkamış bölgəsində anma mərasimi təşkil olunub.

Sarıkamış şəhidlərinin əziz xatirəsini anmaq naminə təşkil olunan yürüş-mitinqə dövlət və hökumət nümayəndələrinin təmsilçiliyi ilə Türkiyənin ayrı-ayrı bölgələrindən gələn 25 mindən çox vətəndaş qatılıb. Rəsmi məlumata görə, 7 yaşdan 70 yaşadək vətəndaşların qatıldığı yürüş-mitinq “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı altında keçirilib.

Qeyd edək ki, 1914-cü ildə Osmanlı dövlətinin hərbi birləşmələrində xidmət edən 60 mindən çox hərbiçi Sarıkamış bölgəsində amansız şaxtalı havada donaraq şəhid olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77790819/Turkiyede+Sarikamish+shehidlerinin+eziz+xatiresi+ehtiramla+yad+olunub

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 16 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.666 san. generasiya edilib.