Türk Hava Yolları yağan güclü qar səbəbindən 277 daxili və xarici reysi ləğv edib

- Dünya - azertag.az ~ 7 дней назад. Просмотрено 15 раз.
Türk Hava Yolları yağan güclü qar səbəbindən 277 daxili və xarici reysi ləğv edib

Bakı, 9 yanvar, AZƏRTAC

İstanbulda yağan güclü qar bir sıra çətinliklər yaradıb.

AZƏRTAC Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, yolların qardan təmizlənməsi istiqamətində işlər davam etdirilir. Əsas yollarda nəqliyyatın hərəkəti üçün ciddi problemlər olmasa da, bəzi duz səpilməmiş küçələrdə avtomobillərin hərəkətində çətinliklər yaranır.

Məhdud görmə şəraiti səbəbindən İstanbul Boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.

Türk Hava Yolları isə yağan güclü qar səbəbi ilə Atatürk və Sabiha Gökçen hava limanlarından reallaşdıracağı 277 daxili və xarici reysi ləğv edib.

Pegasus Hava Yolları da reallaşdırılması planlaşdırılan 74 daxili və xarici reysi təxirə salıb.

Həmçinin İstanbul dəniz avtobuslarının hərəkəti də dayandırılıb.

Qeyd edilir ki, 834 evsiz vətəndaş şaxtalı hava şəraiti ilə əlaqədar Zeytinburnu İdman Kompleksində müvəqqəti olaraq yerləşdiriliblər.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77814098/Turk+Hava+Yollari+yagan+guclu+qar+sebebinden 277+daxili+ve+xarici+reysi+legv+edib

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 16 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.152 san. generasiya edilib.