Yeddi yunan-Roma güləşçimiz beynəlxalq reytinq siyahısında ilk onluqda qərarlaşıb

- İdman - azertag.az ~ 7 дней назад. Просмотрено 16 раз.
Yeddi yunan-Roma güləşçimiz beynəlxalq reytinq siyahısında ilk onluqda qərarlaşıb

Bakı, 9 yanvar, AZƏRTAC

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən, 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 pəhləvanımızın adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub.

Olimpiya Oyunlarının bürünc medalçıları Rəsul Çunayev (66 kq) reytinqdə 3-cü, Sabah Şəriəti (130 kq) isə 4-cü yerdədir. Dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) də öz çəkisində 3-cü sırada qərarlaşıb.

İlk onluğa daxil olan digər güləşçilərdən Rövşən Bayramov (59 kq) 6-cı, Rafiq Hüseynov (80 kq) 7-ci, Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) isə 8-ci yerdədirlər.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77814117/Yeddi+yunan-Roma+guleshcimiz+beynelxalq+reytinq+siyahisinda+ilk+onluqda+qerarlashib

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 16 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.639 san. generasiya edilib.