Brüsseldə “Evə aparan beş yol” adlı sərgi açılacaq

- Mədəniyyət - azertag.az ~ 7 дней назад. Просмотрено 18 раз.
Brüsseldə “Evə aparan beş yol” adlı sərgi açılacaq

Bakı, 9 yanvar, AZƏRTAC

Fevralın 23-dən 28-dək Brüsseldə “The Art Thema Gallery”də “Evə aparan beş yol” adlı sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Avropa Azərbaycan Cəmiyyətinin saytında yer alıb.

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təşkil olunacaq sərgidə tanınmış fotoqraf Filip Ratmerin Azərbaycanda lentə aldığı məcburi köçkünlərin fotoşəkilləri nümayiş etdiriləcək.

Filip Ratmer əsas diqqəti insanların təsirli hekayətlərinə cəlb etmək məqsədilə bütün şəkilləri qara arxa fonda çəkib.

Sərgiyə qapalı baxış fevralın 22-də olacaq. Bu barədə əlavə məlumat üçün [email protected]  elektron ünvanı ilə əlaqə saxlamaq lazımdır.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77814139/Brusselde+Eve+aparan+besh+yol+adli+sergi+acilacaq

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 16 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.119 san. generasiya edilib.