Zlatan İbrahimoviç məşqçiyə məhkəmə prosesində qalib gəlib

- İdman - azertag.az ~ 7 дней назад. Просмотрено 18 раз.
Zlatan İbrahimoviç məşqçiyə məhkəmə prosesində qalib gəlib

Bakı, 9 yanvar, AZƏRTAC 

İsveçin Vermland dairə məhkəməsi ölkənin atletika yığmasının sabiq məşqçisi Ulf Karlssonu İngiltərənin “Mançester Yunayted” komandasının hücumçusu Zlatan İbrahimoviçə böhtan atmaqda günahkar sayıb.

AZƏRTAC xəbər verir ki, bunun üçün mütəxəssis oyunçuya 24 min İsveç kronu (2650 dollar) ödəməli olacaq. Məhkəmə belə qənaətə gəlib ki, Karlsson İbrahimoviçi dopinqdən istifadədə birbaşa ittiham etməyib. Lakin onun müəyyən kontekstdə açıqlamaları böhtan sayıla bilər.

Qeyd edək ki, ötən il aprelin 7-də Ulf Karlsson 35 yaşlı hücumçunun İtaliyanın “Yuventus” klubunda çıxış etdiyi vaxt (2004-2006-cı illər) qısa müddətdə əzələ kütləsini 10 kiloqram artırdığını açıqlayıb. Bu isə Karlssonun fikrincə, qadağan olunmuş preparatlarsız mümkün deyil.

2016-cı ilin yayından “Mançester Yunayted”də çıxış edən isveçli forvard 25 oyunada 16 qol vurub və 3 məhsuldar ötürmə edib.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77817090/Zlatan+Ibrahimovic+meshqciye+mehkeme+prosesinde+qalib+gelib

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 16 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.271 san. generasiya edilib.