Pakistan ilk dəfə olaraq sualtı qayıqdan qanadlı raket buraxıb

- Dünya - azertag.az ~ 7 дней назад. Просмотрено 14 раз.
Pakistan ilk dəfə olaraq sualtı qayıqdan qanadlı raket buraxıb

Bakı, 9 yanvar, AZƏRTAC

Pakistan ilk dəfə olaraq sualtı qayıqdan nüvə başlığı daşıya bilən qanadlı raket buraxıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, uçuş məsafəsi 450 kilometr olan qanadlı raket Hind okeanında naməlum mövqedən start götürüb.

Hindistan Müdafiə Nazirliyinin mətbuat katibi Pakistanın test atışına hələlik şərh verməyib.

Qeyd edək ki, 1947-ci ildə Böyük Britaniyadan ayrılıb müstəqillik əldə etdikdən sonra Pakistan və Hindistan arasında münasibətlər gərgin olaraq qalır. Hər iki dövlət 1998-ci ildə nüvə sınaqları keçirdiyi vaxtdan indiyə qədər müxtəlif diapazonlu raketlər hazırlayır.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77818524/Pakistan+ilk+defe+olaraq+sualti+qayiqdan+qanadli+raket+buraxib

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 16 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.222 san. generasiya edilib.