Prezident İlham Əliyev: Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib

- Siyasət - azertag.az ~ 6 дней назад. Просмотрено 19 раз.
Prezident İlham Əliyev: Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib

Bakı, 10 yanvar, AZƏRTAC

Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilib, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayıb və yaşayır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Dövlətimizin başçısı ölkəmizdə sabitliyin mənbəyinin xalqımızın iradəsi, xalqımızın seçimi olduğunu vurğulayıb. Bu gün Azərbaycanın dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biri olduğunu bildirən Prezident deyib: “Əlbəttə ki, gördüyümüz bütün bu işləri dünya kontekstindən ayırmaq mümkün deyil. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur”.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77885770/Prezident+Ilham+Eliyev:+Azerbaycan+2016-ci+ilde+oz+inamli+inkishafini+davam+etdirib

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.255 san. generasiya edilib.