“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

- Rəsmi xronika - azertag.az ~ 6 дней назад. Просмотрено 19 раз.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 79) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.3-cü maddədə “müvafiq dövlət rüsumunu ödəməkdən azad edilir” sözləri “tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir” sözləri ilə əvəz edilsin.

2. 6.2-ci maddədə “yardım göstərə bilərlər” sözləri “yardımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada göstərirlər” sözləri ilə əvəz edilsin.

3. 6.3-cü maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq” sözləri çıxarılsın, “verilə bilər” sözləri “qanunla müəyyən edilir” sözləri ilə əvəz edilsin.

4. 6.4-cü maddədə “göstərilə bilər” sözləri “göstərilir” sözü ilə əvəz edilsin.

5. 7.1-ci və 8.0.3-cü maddələrdən “zəruri” sözü çıxarılsın.

6. 11-ci maddədən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2016-cı il.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77927583/Xaricde+yashayan+azerbaycanlilarla+bagli+dovlet+siyaseti+haqqinda+Azerbaycan+Respublikasinin+Qanununda+deyishiklikler+edilmesi+barede+Azerbaycan+Respublikasinin+Qanunu

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.427 san. generasiya edilib.