“Tədqiqlər” jurnalının ikinci nömrəsi çapdan çıxıb

- Elm və təhsil - azertag.az ~ 6 дней назад. Просмотрено 16 раз.
“Tədqiqlər” jurnalının ikinci nömrəsi çapdan çıxıb

Bakı, 11 yanvar, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Tədqiqlər” jurnalının ikinci nömrəsi nəşr olunub.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, jurnalın bu nömrəsində Dilçilik İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Möhsün Nağısoylunun və professor İsmayıl Məmmədlinin 70 illik yubileylərinə həsr olunan məqalələr yer alıb.

Jurnalda 2016-cı ilin noyabrında Bakıda keçirilən, Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfransa aid rəsmi xronika, dilçiliyin müxtəlif sahələrinə aid elmi məqalələr də əksini tapıb.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77930634/Tedqiqler+jurnalinin+ikinci+nomresi+capdan+cixib

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.216 san. generasiya edilib.