Çempionlar Liqası: “Azərreyl” komandası “Fənərbağça” ilə qarşılaşıb

- İdman - azertag.az ~ 8 дней назад. Просмотрено 14 раз.
Çempionlar Liqası: “Azərreyl” komandası “Fənərbağça” ilə qarşılaşıb

Bakı, 11 yanvar, AZƏRTAC

Yanvarın 11-də Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ikinci oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi İstanbulda Burhan Felek Voleybol Salonunda yerli “Fənərbağça” komandasının qonağı olub.

Bolqarıstanlı baş hakim İvaylo İvanovun idarə etdiyi oyunda “Fənərbağça” 3:0 hesabı ilə qalib gəlib.

Baş məşqçi Famil Ağayevin yetirmələri növbəti oyununu fevralın 9-da doğma meydanda Fransanın “Saint-Rafael” komandasına qarşı keçirəcəklər.

Bakı təmsilçisi Çempionlar Liqasının “C” qrupunda ilk oyununu Azərbaycan Voleybol Mərkəzində Polşanın “Dabrova Qornitsa” komandasına qarşı keçirib və 3:1 hesabı ilə qalib gəlib.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77937628/Cempionlar+Liqasi:+Azerreyl+komandasi Fenerbagca+ile+qarshilashib

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 20 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.244 san. generasiya edilib.