Torpaqların şoranlaşmasının qarşısını almaq məqsədilə drenaj stansiyalarının gücü artırılır

- Kənd təsərrüfatı - azertag.az ~ 5 дней назад. Просмотрено 15 раз.
Torpaqların şoranlaşmasının qarşısını almaq məqsədilə drenaj stansiyalarının gücü artırılır

Salyan, 12 yanvar, Mahir Babayev, AZƏRTAC

Salyanda torpaqların təkrar şoranlaşmasının qarşısını almaq məqsədilə kompleks meliorativ tədbirlər həyata keçirilir. Mövcud kollektor-drenaj təsərrüfatlarında əsaslı təmir-bərpa işləri görülməklə yanaşı, yeni drenaj şəbəkələrinin qurulması da planlaşdırılıb.

Aşağı Muğan Meliorativ Sistemləri İstismarı İdarəsinin baş mühəndisi Zalış Bünyadov AZƏRTAC-a bildirib ki, əkin yerlərində toplanılan qalıq sularının dənizə ötürülməsini sürətləndirmək məqsədi ilə ilk növbədə, nasos stansiyalarının məhsuldarlığı yüksəldiləcək. Bunun üçün Salyanın Boranıkənd kəndindəki birləşmiş nasos stansiyasında 2 əlavə nasos quraşdırılmaqla stansiyanın gücü artırılacaq. Həmçinin Yusif Qasımov adına və “28 May” stansiyalarının fəaliyyəti də bərpa ediləcək ki, bununla da Salyan və Neftçala rayonlarının ərazisində, ümumilikdə, 20 min hektar sahədə qrunt sularının yuxarı qatlara qalxmasının qarşısı alınacaq. Mühəndisin sözlərinə görə, torpaqlarda olan duzluluğun dərəcəsini aşağı salmaq və qalıq sularının səviyyəsini 2 metrə qədər endirmək məqsədilə 5 kəndin ərazisindən keçən 200 kilometrə yaxın drenaj xətti də dərinləşdiriləcək.

Rayonda dövriyyədən kənarda qalan sahələrin əkinəyararlı vəziyyətə gətirilməsi məqsədilə 4 layihənin icrası da builki planlar sırasındadır. Görülən tədbirlər nəticəsində rayonun Şirvan kəndinin əkin sahəsi 1500, Qızılağac yaşayış məntəqəsinin əkin sahəsi isə 1200 hektar genişləndiriləcək. Dövriyyəyə qatılan yeni torpaq sahələrində gələcəkdə pambıq sahələrinin salınması nəzərdə tutulub.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77958453/Torpaqlarin+shoranlashmasinin+qarshisini+almaq+meqsedile+drenaj+stansiyalarinin+gucu+artirilir

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.335 san. generasiya edilib.