Mikayıl Cabbarov: "İqtisadiyyatımızın daha da inkişafı üçün təhsilli kadrlara ehtiyacı var"

- social - gun.az ~ 3 год назад. Просмотрено 92 раз.

Yalnız yaxşı təhsilli valideyn ölkəni qoruya biləcək əsgərlər, nəsillər, vətənə, xalqa xidmət edən vətəndaşlar yetişdirə bilər.

Gün.Az xəbər verir ki, bu barədə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Diplomatik Akademiyasında keçirilən Məzun gecəsində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycan cəmiyyətində gənclər üstünlük təşkil edir. Çünki Azərbaycan əhalisinin çoxnun yaşı 30-dan aşağıdır. “Bu faktorlar da gənc nəslin dövlət quruculuğunda, Azərbaycan demokratik və iqtisadi inkişafında gənclərin rolunu müəyyən edir. Cəmiyyətin ən dinamik hissəsi olaraq gənclər daim moderinizasiya və uğurun önündə olmalıdır. Bu məqsədlərə nail olmaq üçün biz öz hədəflərimizi müəyyən emtəliyik”, - nazir deyib.
Cabbarov vurğulayıb ki, Azərbaycan müstəqillik əldə edəndən sonra mühüm irəliləyişlər əldə edib. “Lakin bizim ölkəmiz hələ də müəyyən problem və çağırışlarla üz-üzə qaldığı üçün bizə daha çox işlər görmək lazımdır. Ölkəmizin Azərbaycan-Ermənistan münaqişəsindəki mövqeyinə dünya ictimaiyyətinin dəstəyi gündən-günə artır. Lakin bizim torpaqlarımız hələ də erməni işğalı altında qalır. Öz torpaqlarından didərgin düşmüş Azərbaycan əhalisi öz doğma torpaqlarına qayıda bilmirlər. Bu o deməkdir ki, biz hər birimiz dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan qarşı aqressiyası, işğalçılıq və etnik təmizləmə siyasətinin ağır nəticələri barədə məlumatlandırmalıyıq” – Cabbarov deyib.
Nazir həmçinin qeyd edib ki, beynəlxalq cəmiyyətin diqqətini Ermənistanın bu konfliktin həllini uzatmağa  yönəlmiş səylərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq.
“Biz Ermənistan hakimiyyəti və diasporasının Dağlıq Qarabağın tarixi haqqında yalnış məlumat yaymaq haqqında səylərinə öz etirazımızı bildirməliyik. Dağlıq Qarabağ haqqında yalanları və Azərbaycanın mövqeyini təhrif olunmuş və yalnış formada təqdim etmək səylərinə qarşı çıxmalıyıq. Azərbaycanın BMT və digər təşkilatlarda konstruktiv mövqe tutduğunu nümayiş etdirməliyik”, - Cabbarov deyib.
Nazir Azərbaycanın iqtisadi islahatları, eyni zamanda neft strategiyasını vurğulayaraq qeyd edib ki, Azərbaycan daima beynəlxalq artım reytinqlərdə ön sıralarda gedir. Cabbarov onu da bildirib ki, Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirmək üçün bizə 1000-lərlə yüksək təhsilli, müasir iqtisadi vəziyyəti və dünya iqtisadiyyatının dəyişmə tendensiyalarını bilən yaxşı ixtisaslı menecerlər lazımdır.
“Bu biliklər və bacarıqlar enerji resurslarının gətirdiyi gəlirləri daha səmərəli formada qeyri-neft sektorunun inkişafı üçün istifadə etməyə imkan verəcək”, - nazir deyib.
Cabbarov bildirib ki, bu, Azərbaycanın dünyadakı, xüsusən regiondakı mövqeyini daha da gücləndirəcək, iqtisadiyyatın rəqabətə davamlılığını artıracaq və vətəndaşların sosial rifahının yüksəlməsinə gətirib çıxaracaq.
Nazirin sözlərinə görə, bütün bunları nəzərə alaraq Azərbaycan hökuməti təhsilə, o cümlədən Azərbaycanlı tələbələrin xüsusi proqramlar çərçivəsində xaricdə təhsil almasına investisiyalar yatırır. “Bizim heç bir şübhəmiz yoxdur ki, bütün bu investisiyalar mühüm səmərə verəcək və bu bizim təbii kapitalı insan kapitalına çevrilməsinə şərait yaradacaq”, - nazir deyib.  
Pərvanə Sultanova
Gün.Az



Постоянная ссылка:
http://arxiv.az/az/gun.az/569558/Mikayil+Cabbarov:+Iqtisadiyyatimizin+daha+da+inkishafi+ucun+tehsilli+kadrlara+ehtiyaci+var

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 23 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.582 san. generasiya edilib.