Ruslan Abışov “Neftçi”yə qayıtdı

- İDMAN - news.lent.az ~ 6 дней назад. Просмотрено 18 раз.
Ruslan Abışov “Neftçi”yə qayıtdı

“İnter” yarımmüdafiəçi Ruslan Abışovla yollarını ayırıb. Bu barədə məlumatı apasport.az saytına “bankirlər”in prezidenti Azər Əliyev verib.

O bildirib ki, Abışov mövsümün ikinci yarısından etibarən “Neftçi”nin formasını geyinəcək: “Klublar arasında danışıq baş tutub və bu transfer artıq gerçəkləşib. Futbolçu özü də “Neftçi”yə keçməyə razılıq verib”.

“İnter”in rəhbəri milli komandamızın üzvünün mövsümün sonuna qədər müqavilə müddəti olduğundan, “Neftçi”nin bu keçid müqabilində onlara kompensasiya ödəyəcəyini də əlavə edib.

"İnter"lə ortaq məxrəcə gələn "Neftçi" futbolçunun özünün də ilkin razılığını alıb. Yeganə problem Abışovun 1,5 illik müqavilə tələb etməsidi. Halbuki paytaxt təmsilçisi uzunmüddətli müqavilə imzalamaq niyyətindədi. Bu məsələ də həllini tapdıqdan sonra Ruslanın "Neftçi"yə dönüşü rəsmən açıqlanacaq.

Qeyd edək ki, Ruslan Abışov 2006-2012-ci illərdə "Neftçi"nin formasını geyinib.



Постоянная ссылка:
http://arxiv.az/az/news.lent.az/77954142/Ruslan+Abishov+Neftciye+qayitdi

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 18 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.054 san. generasiya edilib.