Bakıda mənzilə SİLAHLI BASQIN

- HADİSƏ - news.lent.az ~ 6 дней назад. Просмотрено 21 раз.
Bakıda mənzilə SİLAHLI BASQIN

Bakıda yaşayış evinə silahlı basqın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da rayon ərazisində yaşayan Elmir Hümbətzadənin evində bıçaq və silaha bənzər əşya ilə onu hədələyib oradan 450 manat, 2 ədəd mobil telefon  və 3 noutbuk aparmaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Nahid Eyvazov və Elman Sadıqov tutulublar.

N.Eyvazovdan hadisəni törədərkən istifadə etdiyi "Zoraki Mod-914"markalı pnevmatik tapança, 8 ədəd patron və 1 ədəd bıçaq götürülüb.



Постоянная ссылка:
http://arxiv.az/az/news.lent.az/77954302/Bakida+menzile+SILAHLI+BASQIN

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 18 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.061 san. generasiya edilib.