"Neftçi"dən ayrılan braziliyalı futbolçunun yeni komandası müəyyənləşdi

- sport - news.milli.az ~ 6 дней назад. Просмотрено 16 раз.
'Neftçi'dən ayrılan braziliyalı futbolçunun yeni komandası müəyyənləşdi

Qış fasiləsində Bakının "Neftçi" klubu ilə yollarını ayıran futbolçu Jonas Pessallinin yeni komandası müəyyənləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi vətənində B divizionunda çıxış edən "Parana" klubunun formasını geyinəcək.

27 yaşlı oyunçu ilə bağlanan müqavilənin müddəti açıqlanmır. Son mövsümdə "Parana" çempionatı 41 xalla 15-ci pillədə başa vurub.
Qeyd edək ki, karyerası ərzində Brazliyanın "Qremio Barueri", Fransanın "Anje" və "Luson" klublarında çıxış edən Jonas Pessalli "Neftçi"yə 2016-cı ilin oktyabrında keçib. Lakin qış fasiləsində futbolçu kluba müraciət edərək komandadan ayrılmaq istədiyini deyib və qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.



Постоянная ссылка:
http://arxiv.az/az/news.milli.az/77929003/Neftci+den+ayrilan+braziliyali+futbolcunun+yeni+komandasi+mueyyenleshdi

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.057 san. generasiya edilib.