"Emre Çolak Arda kimi futbolçu olacaq"

- sport - news.milli.az ~ 7 дней назад. Просмотрено 5 раз.
'Emre Çolak Arda kimi futbolçu olacaq'

"Qalatasaray"ın eks futbolçusu Yekta Kurtuluş "sarı qırmızı" camiədəki problemlərin mətbuata sızmasından danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, karyerasını "Antalyaspor"da davam etdirən Yekta İspaniyada legioner həyatı yaşayan Emre Çolak barədə fikirlərini də bölüşüb.

"Mənim orda oynadığım vaxtlarda ciddi problemlər yox idi. Olsa da, dərhal həllini tapırdı. "Qalatasaray" kənardan nə qədər pis təsir bağışlasa da, çempionluğa favoritlər sırasında qalır. Komandanın ilk dövrəni 3-cü bitirməsi uğursuzluq kimi dəyərləndirilir. Çünki "Qalatasaray" həmişə zirvədə olmağa çalışır. Baş məşqçi Rikerink barədə yaxşı sözlər deyirlər. Amma necə məşqçi olduğunu bilmirəm.

Mənə görə Türkiyənin ən istedadlı futbolçusu Emre Çolakdır. "Espanyol"da yaxşı mövsüm keçirir, azarkeşlərin simpatiyasını qazanıb. Ölkəmizi layiqincə təmsil edir. Böyük ehtimalla, gələcəkdə Arda kimi futbolçu olacaq".



Постоянная ссылка:
http://arxiv.az/az/news.milli.az/77939690/Emre+Colak+Arda+kimi+futbolcu+olacaq

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 19 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.066 san. generasiya edilib.