Ermənistan KİV: "Sarkisyan baş nazirin fəaliyyətindən narazıdır"

- world - news.milli.az ~ 5 дней назад. Просмотрено 11 раз.
Ermənistan KİV: 'Sarkisyan baş nazirin fəaliyyətindən narazıdır'

Ermənistan prezidenti Serj Sarkisyan respublikanın baş naziri Karen Karapetyanın fəaliyyətindən narazılığını bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Jamanak" nəşri yazıb.
Nəşrin məlumatına görə, S.Sarkisyan onun təyinatını prezident olduğu dövrdə ən ciddi səhvlərindən biri kimi dəyərləndirib.

"Bundan sonra Karen Karapetyana son 5 il ərzində Ermənistan ərazisində fasiləsiz yaşayış barədə ərizənin verilməməsi məsələsini aktuallaşdırmaq və istənilən yolla baş nazirin hakim Respublikaçılar Partiyasının deputatlığa namizədlər siyahısına düşməsinə və parlament deputatı seçilməsinə mane törətmək qərara alınıb. Bizdə olan məlumata görə, ərizənin verilməsinin hüquqi əsasları ilə son ana qədər keçmiş ədliyyə naziri, hazırda Prezident Aparatının rəhbəri David Arutyunyan məşğul olub. Amma ona da bu prosesi dayandırmaq göstərişi verilib", - nəşr yazıb.



Постоянная ссылка:
http://arxiv.az/az/news.milli.az/77956538/Ermenistan+KIV:+Sarkisyan+bash+nazirin+fealiyyetinden+narazidir

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 18 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.058 san. generasiya edilib.