Güləş üzrə Azərbaycan çempionatının ilk gününün qalibləri müəyyənləşib 

- İDMAN - salamnews.org ~ 5 дней назад. Просмотрено 3 раз.
Güləş üzrə Azərbaycan çempionatının ilk gününün qalibləri müəyyənləşib 

Bakı, 12 yanvar, SalamNews. Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı başlayıb.

SalamNews xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 18 yaşı tamam olan və yuxarı yaşlı idmançılar iştirak edirlər. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyət, klub və təşkilatlarının, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan güləşçilər mübarizə aparırlar.

Çempionatın birinci günündə 57, 61, 65, 70 və 74 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər yarışıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Murtuz Müslümov (70 kq) və Murad Süleymanov (74 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Çempionatın birinci günündə fəxri kürsüdə yer alan güləşçilər Federasiya tərəfindən diplom, medal və pul mükafatları ilə təltif olunublar. Yanvarın 13-dək davam edəcək çempionatda ilk üç yeri tutan idmançılar yığma komandanın heyətinə cəlb olunacaq və il ərzində millinin qatılacağı beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.



Постоянная ссылка:
http://arxiv.az/az/salamnews.org/77951527/Gulesh+uzre+Azerbaycan+cempionatinin+ilk+gununun+qalibleri+mueyyenleshib 

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.125 san. generasiya edilib.