Sabah Azərbaycanda hava əsasən yağmursuz keçəcək

- CƏMİYYƏT - salamnews.org ~ 6 дней назад. Просмотрено 18 раз.
Sabah Azərbaycanda hava əsasən yağmursuz keçəcək

Bakı, 12 yanvar, SalamNews. Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SalamNews-a verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 2-4° isti, gündüz 8-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman, bəzi şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.



Постоянная ссылка:
http://arxiv.az/az/salamnews.org/77955333/Sabah+Azerbaycanda+hava+esasen+yagmursuz+kececek

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 18 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.331 san. generasiya edilib.