Azərbaycan üzrə təbii qazla təmin olunan abonentlərin sayı açıqlanıb

- İQTİSADİYYAT - salamnews.org ~ 7 дней назад. Просмотрено 17 раз.
Azərbaycan üzrə təbii qazla təmin olunan abonentlərin sayı açıqlanıb

Bakı, 12 yanvar, SalamNews. Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 004 857-ə çatıb.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini ötən ildə də davam etdirib. 2016-cı il ərzində İB-də əhali sektoru üzrə 171 707 yeni abonent qeydiyyata alınıb ki, bunun da 40 817-i Bakı, Abşeron və Sumqayıt, 130 890-ı isə regionlar üzrədir. Bununlada ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 004 857-ə çatıb.

1 yanvar 2017-ci il tarixə olan məlumata görə, əhali sektoru üzrə 134 659 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq, təbii qazla təmin olunub və qeyri-əhali sektoru üzrə 406 məscid və dini məbədə təbii qazdan istifadəsi üçün limit ayrılıb.



Постоянная ссылка:
http://arxiv.az/az/salamnews.org/77956117/Azerbaycan+uzre+tebii+qazla+temin+olunan+abonentlerin+sayi+aciqlanib

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 20 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.116 san. generasiya edilib.