SOCAR-ın “Tullantı Mərkəzi”ndə qazma şlamı emal ediləcək

- İQTİSADİYYAT - salamnews.org ~ 6 дней назад. Просмотрено 13 раз.
SOCAR-ın “Tullantı Mərkəzi”ndə qazma şlamı emal ediləcək

Bakı, 12 yanvar, SalamNews. “Ekol Mühəndislik Xidmətləri” QSC-də yeni ilinin başlanması ilə əlaqədar rəhbər heyətlə toplantı, eləcə də SOCAR-ın “Tullantı Mərkəzi”ndə xidmətlərin icrasına start verilməsi və mərkəzin yeni təyin edilmiş rəisinin təqdimatı keçirilib.

Müəssisədən SalamNews-a bildirilib ki, QSC-nin baş direktoru Ramil Əliyev 2016-cı ilin yekunları, il ərzində əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verib. O, 2017-ci ildə qarşıda duran layihələrin uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirərək yeni layihələrin icrasına start verildiyini toplantı iştirakçılarının nəzərinə çatdırıb.

R.Əliyev bu layihələrdən biri olan SOCAR–ın Ekologiya İdarəsinin nəzdindəki “Tullantı Mərkəzi”ndə xidmətlərin “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən həyata keçirilməsi barədə məlumat verib. Bildirib ki, mərkəzdə SOCAR-ın idarə və təşkilatlarından daxil olan tullantıların idarə edilməsi eləcə də BP şirkətindən daxil olan qazma şlamının emalı prosesi həyata keçiriləcək.

“Tullantı Mərkəzi”nin yeni təyin olunmuş rəisi Orxan Qəndilov isə qarşıda duran bütün işlərin icrası ilə bağlı toplantı iştirakçılarına məlumat verərək bu sahədə vəzifələrin və öhdəliklərin layiqincə öhdəsindən gəlinəcəyini qeyd edib.



Постоянная ссылка:
http://arxiv.az/az/salamnews.org/77956118/SOCAR-in+Tullanti+Merkezinde+qazma+shlami+emal+edilecek

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 19 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.069 san. generasiya edilib.