“Taliban” terrorçuları girov saxladıqları müəllimlərin görüntüsünü paylaşıblar (VİDEO)

- CƏMİYYƏT - salamnews.org ~ 5 дней назад. Просмотрено 10 раз.
“Taliban” terrorçuları girov saxladıqları müəllimlərin görüntüsünü paylaşıblar (VİDEO)

Bakı, 12 yanvar, SalamNews, N.Xaqani. “Taliban” terror təşkilatının üzvləri ötən il Əfqanıstanda oğurladıqları avstraliyalı və ABŞ-lı müəllimlərin görüntüsünü paylaşıblar. 

Salamnews-un BBC-yə istinadla verdiyi xəbərə görə, video terrorçular tərəfindən yanvarın 1-də çəkilib. Görüntüdə müəllimlər onlara yaxşı baxıldığını deyirlər.

Girovlar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa onların azad edilməsi üçün məhbus mübadiləsini təklif etməsi üçün müraciət edir və danışıqların aparılmayacağı halda öldürüləcəklərini söyləyirlər. 

ABŞ Dövlət Departamenti videonu şərh etmək və onun həqiqiliyini təsdiqləməkdən imtina edib. 

Avstraliyanın Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı yaydığı bəyanatda isə deyilir: “Avstraliya hökuməti 2016-cı ilin avqustunda Əfqanıstanda oğurlanan avstraliyalının təhlükəsiz şəkildə azad edilməsi üçün başqa hökumətlərlə yaxından işləyir."

"Taliban" üzvləri tərəfindən girov götürülən ABŞ-lı Kevin Kinq və avstraliyalı Timoti Vikis Kabildəki ABŞ universitetinin professorlarıdırlar. Onlar ötən ilin avqust ayında təhlükəsizlik işçilərinin geyimində olan silahlılar tərəfindən universitetin qarşısında oğurlanıblar. Əfqanıstandakı ABŞ qüvvələrinin həmin şəxsləri azad etmək cəhdi uğursuz olub. 



Постоянная ссылка:
http://arxiv.az/az/salamnews.org/77956132/Taliban+terrorculari+girov+saxladiqlari+muellimlerin+goruntusunu+paylashiblar+(VIDEO)

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 17 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.13 san. generasiya edilib.