Barak OBAMA: Rusiya və Çin ABŞ-ın dünyada əsas rəqibləridir

- xalqqazeti.com ~ 6 дней назад. Просмотрено 13 раз.
Barak OBAMA: Rusiya və Çin ABŞ-ın dünyada əsas rəqibləridir

ABŞ prezidenti Barak Obama vida nitqində Rusiya və Çini ölkəsinin əsas rəqibləri adlandırıb. O, bununla belə, qeyd edib ki, Moskva və Pekinin beynəlxalq arenadakı təsiri  ABŞ-ın dünyadakı nüfuzu ilə müqayisə edilə bilməz.   

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, B.Obama bu barədə Çikaqoda çıxışı zamanı bildirib.

Amerika lideri həmçinin demokratiya dəyərlərinin ABŞ-da və dünyada zəifləməsi təhlükəsinin olması ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə,  demokratiya dəyərlərinin zəifləməsi dünyada vətəndaş və beynəlxalq müharibələrin yaranmasına gətirib çıxara bilər. 

Obama bundan başqa İslam adı altında çıxış edən fanatiklərin və bəzi ölkələrdə hakimiyyətdə olan diktatorların hüququn aliliyi və insan haqlarına əməl olunma prinsiplərinə əsaslanan dünya nizamına təhlükə yaratdığını vurğulayıb: “Bu təhdidlər ABŞ üçün minalanmış avtomobil və ya raketdən daha böyük təhlükə yaradır”.  

Obama çıxışında İŞİD terror qruplaşmasının darmadağın olunacağına əmin olduğunu bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti yanvarın 20-də postunu tərk edəcək. ABŞ-ın yeni prezidenti Donald Tramp olacaq. 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.


Постоянная ссылка:
http://arxiv.az/az/xalqqazeti.com/77950819/Barak+OBAMA:+Rusiya+ve+Cin+ABSh-in+dunyada+esas+reqibleridir

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 19 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.896 san. generasiya edilib.